Hadisə
Azərbaycandan 49.000 dollar çıxarmaq istəyərkən saxlanıldı
Xarici valyutanın Azərbaycan ərazisindən gizli çıxarılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar. Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.
Vətəndaşın çantası rentgen aparatından keçirilərkən monitorda pula bənzər təsvirlər görünüb. Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması zamanı çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 477 ədəd, hər biri 100 ABŞ dolları nominalında, 130 ədəd isə hər biri 10 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 49.000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı