Şəmkirdə yük avtomobili aşdı - 5 ton kartof yola töküldü
Bizi izləyin

Hadisə

Şəmkirdə yük avtomobili aşdı - 5 ton kartof yola töküldü

Şəmkir rayonunda yük avtomobili qəzaya uğrayıb.

Şəmkir rayonunda yük avtomobili qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 386-cı kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Ağcəbədi rayon sakini, 1968-ci il təvəllüdlü Cabir Mövsümovun idarə etdiyi "QAZ-53" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət almasa da, avtomobilin yük yerində olan 5 tona yaxın kartof yola dağılıb. Avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Məlumata görə, C Mövsümov kartofu Bakı şəhərinə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm