Ötən ilin qorxunc intihar STATİSTİKASI
Bizi izləyin

Hadisə

Ötən ilin qorxunc intihar STATİSTİKASI

Ötən ilin intihar STATİSTİKASI

Ötən il Azərbaycanda 327 nəfər intihar edib. Bu rəqəmi o qədər də dəhşətli hesab etmək olmaz.

Bunu Publika.az-a açıqlamasında Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda intiharlarla bağlı statistika o qədər də dəhşətli vəziyyətdə deyil: “Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, hər yüz min nəfərə düşən intihar sayı 7-dən çox olanda problemə səbəb olur. Azərbaycanda isə say bu rəqəmə yaxınlaşmayıb. 2015-ci ildə 503 intihar hadisəsi qeydə alınmışdı. Bu da hər 100 min nəfərə 5 nisbətindədir. Ötən il isə 327 nəfər intihar edib. Bu da hər yüz min nəfərə 3.2 intihar hadisəsi deməkdir. Bu rəqəmlərə baxarkən məlum olur ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərdən aşağıdır. Düzdür, hər bir intihar faciədir, hər bir insanın həyatı dəyərlidir. Lakin intihar hələ ki, bizdə təhlükəli həddə deyil”.

İntiharların səbəbinə gəldikdə, F.İsmayılov bildirib ki, burada bir neçə nüans göstərmək olar: “İntiharın səbəbləri isə müxtəlifdir. Yaşadığı vəziyyətdən uzaqlaşmaq, kimisə cəzalandırmaq üçün, ya da yardıma çağırış məqsədilə intihar etmək. Son vaxtlar iqtisadi problemlərdən intihar edənlərin sayı artır. Bu günlərdə bizə “Topaz”da oynayıb, bir neçə nəfərə borclandığına görə intihara əl atan iki nəfər barədə müraciət edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm