“Jiquli” traktorla toqquşdu - 4 yaralı
Bizi izləyin

Hadisə

“Jiquli” traktorla toqquşdu - 4 yaralı

Yaralıların vəziyyəti ağırdır.

Ağcabədi rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb. Hadisə rayonun Sarcalı kəndi ərazisində baş verib.

Publika.az xəbər verir ki, Əliyev Səfiqulu Saday oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 04 BL 847 dövlət nömrə nişanlı avtomobil traktora qoşulan lapetlə toqquşub. Nəticədə “VAZ 21 011” markalı maşında olan sürücü S. Əiyev, Hüseynov Əli Ziyad oğlu, Qasımov Adil Cəlal oğlu və Hüseynzadə Həsən Səfər oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstaxanasına çatdırılıb. Yaralıların vəziyyəti ağırdır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm