Göygöldə iki avtomobil toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Göygöldə iki avtomobil toqquşdu - Xəsarət alan var

Göygöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Göygöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Balçılı kəndinə gedən yolda qeydə alınıb.

“BMW” və “NİVA” markalı avtomobillərin toqquşması nəticəsində “BMW”- nin sürücüsü 1948-ci il təvəllüdlü Səfiyev Əlı Rüstəm oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm