Saatlıda 46 yaşlı kişini avtomobil vurdu
Bizi izləyin

Hadisə

Saatlıda 46 yaşlı kişini avtomobil vurdu

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Saatlıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, şəhərin Mirbəşir Qasımov küçəsində yaşayan 46 yaşlı Çingiz Behbud oğlu Yaqubovu minik avtomobili vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib.

Yaralının vəziyyəti ağır olduğundan Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm