Bakı və Ağdaşda yanğın hadisəsi olub
Bizi izləyin

Hadisə

Bakı və Ağdaşda yanğın hadisəsi olub

Bakı və Ağdaşda yanğın hadisəsi olub.

Ağdaş və Bakıda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 10 m² olan hamam otağının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Ümumi sahəsi 200 m² olan tikilinin elektrik lövhəsində 12 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb.

Otaqlar yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm