Rusiyada azərbaycanlı bıçaqlanıb
Bizi izləyin

Hadisə

Rusiyada azərbaycanlı bıçaqlanıb

Onun baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar edilib.

Sankt-Peterburq polisi şəhərin Frunze rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.

Publika.az report.az-a istinadən bildirir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə "təcili yardım" çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər.

Mütəxəssislər bildiriblər ki, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm