Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır
Bizi izləyin

Hadisə

Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır

51 yaşlı qadın döyülüb.

Şəmkirdə 51 yaşlı qadın döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Məleykə Hüseynova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M. Hüseynovaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın başqa qadınla dava zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm