Bakıda ağır qəza: 4 uşaq xəsarət alıb
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza: 4 uşaq xəsarət alıb

Onlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakıda uşaqların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Əhəd Yaqubov küçəsində, Su İdmanı sarayı yaxınlığında Qədimov Seyidağa Vahid oğlunun idarə etdiyi, 10 OP 700 dövlət nömrə nişanlı “Toyota Prado” ilə Bağırova Elnarə Arif qızının idarə etdiyi, 90 PQ 764 nömrəli “Changan” toqquşub.

Nəticədə S.Qədimovun 7 yaşlı oğlu Əli və 8 yalı qızı Leyla, həmçinin E.Bağırovanın sərnişinləri: 2004-cü ildə anadan olmuş Bağırova Afət Rahim qızı və 2013-cü il təvəllüdlü Qarayev Sübhan Elvin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm