Balakəndə oğurluq edən dəstə yaxalandı - - FOTO
Bizi izləyin

Hadisə

Balakəndə oğurluq edən dəstə yaxalandı - - FOTO

Balakəndə oğurluq edən dəstə yaxalandı.

Balakəndə evlərdən və avtomobillərdən oğruluq edən 3 nəfər həbs edilib.

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Katex və Kortala kəndlərində bir qrup sakinin evlərinin həyətyanı sahələrindən təsərrüfat əşyaları və avtomobil ehtiyat hissələri oğurlanıb.

Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənlər, Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini, 1996-cı il təvəllüdlü Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini, 1994-cü il təvəllüdlü Rəsul Bahaddin oğlu İsmayılov saxlanılıb. Oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm