Bakıda mənzil yandı, ölən var
Bizi izləyin

Hadisə

Bakıda mənzil yandı, ölən var

Xətai rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş verib.

Paytaxtın Xətai rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisindəki ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm