İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Maşın körpüdən çaya düşdü, ata öldü, oğlu ağır yaralandı
Bizi izləyin

Hadisə

İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Maşın körpüdən çaya düşdü, ata öldü, oğlu ağır yaralandı

Maşın körpüdən çaya düşdü, ata öldü, oğlu ağır yaralandı.

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb.

Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı, “QAZel” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb.

Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı “QAZel”in yük yerindəki iki baş iribuynuzlu heyvan yüngül xəsarət alıb.

Qeyd edək ki, ata və oğlu mal-qara alveri ilə məşğul olub, İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararkən hadisə baş verib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm