Abşeronda su basmış evlərdən 6 nəfər təxliyə olundu
Bizi izləyin

Hadisə

Abşeronda su basmış evlərdən 6 nəfər təxliyə olundu

Abşeronda su basmış evlərdən 6 nəfər təxliyə olundu.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm