Hadisə
Cəlilabadda ev qarın ağırlığına tab gətirmədi - - FOTO
Cəlilabada yağan qar bir sıra fəsadlar törədib.
Publika.az xəbər verir ki, rayonun dağlıq kəndlərinə gedən avtomobil yolları qarla örtüldüyündən, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Bəzi sürücülər avtomobillərinin təkərlərinə xüsusi zəncirlər bağlamaq məcburiyyətində qalıblar. Yola ehtiyatsız çıxanlar isə sərt döngələrdə köməksiz qalılar. Rayon ərazisində ən çox qar ucqar dağ kəndlərinə düşüb.
Qar kəndlərdəki tikililərə də ziyan vurub. Rayonun Sadatlı kəndində Yadulla Abbasova məxsus ev qarın ağırlığına tab gətirməyərək tamamilə uçub və yararsız hala düşüb. Eyni gündə İsbat Qafarova məxsus fərdi yaşayış evinin isə çardaq hissəsi çöküb. Xoşbəxtlikdən hər iki hadisə zamanı xəsarət alan olmayıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ziyan dəymiş evlərə baxış keçirildikdən sonra vətəndaşlara lazımi köməklik göstəriləcək. (report)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi