Xəstəxanada YANĞIN: yataq dəsti yandı, qapı əridi
Bizi izləyin

Hadisə

Xəstəxanada YANĞIN: yataq dəsti yandı, qapı əridi

Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 1400 m2 olan birmərtəbəli xəstəxanada, sahəsi 20 m2 olan palatanın içərisində 1 ədəd yataq dəsti yanıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.

Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm