Hadisə
Bakıda kafedə qadını döyüb, telefonunu alan kişi tutuldu
Bakıda qadına qarşı quldurluq edilib.
Publika.az musavat.com-a istinadən xəbər verir ki, Göyçay sakini, 1964-cü il təvəllüdlü Vəzirova Qumru Vaqif qızı Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, quldurluq hadisəsi ilə üzləşib. Qızıldaş qəsəbəsindəki kafelərdən birində naməlum şəxs ona hücum edərək döyüb. Daha sonra həmin şəxs 53 yaşlı qadının mobil telefonunu və pul kisəsini götürüb.
Dərhal əməliyyət-axtarış tədbirlərinə başlayan 38-ci Polis Bölməsinin əməkdaşları çox keçmədən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Qax sakini, 1989-cü il təvəllüdlü Rəvan Yusifovu saxlayıblar. Bölməyə gətirilən 28 yaşlı Rəvan əməlini etiraf edib. Onun üzərinə baxış zamanı quldurluq yolu ilə əldə etdiyi telefon və pul kisəsi aşkar edilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, istintaq gedir.
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR