Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alan var

Faktla bağlı araşdırma aparılır.

Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

“VAZ21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Samux rayon sakini, 1992-ci il təvəllüdlü İmanov Mehdi bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm