"Qırmızı"da keçən "Mercedes" qəza törətdi - Hər iki sürücü...
Bizi izləyin

Hadisə

"Qırmızı"da keçən "Mercedes" qəza törətdi - Hər iki sürücü...

Gəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb.

Gəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında, şəhərin Nizami Gəncəvi Prospektində baş verib.

Belə ki, işıqforun qırmızı işığından keçən "Mercedes" markalı avtomobil hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Eyni zamanda hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm