Şəmkirdə 7 yaşlı uşağı maşın vurdu
Bizi izləyin

Hadisə

Şəmkirdə 7 yaşlı uşağı maşın vurdu

Şəmkirdə 7 yaşlı uşağı maşın vurdu.

Şəmkirdə 7 yaşlı oğlanı maşın vurub.

Publika.az xəbər verir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 2010-cu il təvəllüdlü Zeynalov Hüseyn Nofəl oğlu yaşadığı evin yaxınlığındakı küçədə yolu keçərkən hələ ki, markası və sürücüsü məlum olmayan avtomobillə vurulub. Xəsarət alan azyaşlı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona qarının küt travması və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm