Gəncədə iki bacının FACİƏLİ ÖLÜMÜ
Bizi izləyin

Hadisə

Gəncədə iki bacının FACİƏLİ ÖLÜMÜ

Gəncədə dəm qazından boğulma olub.

Gəncədə dəm qazından boğulma olub.

Publika.az xəbər verir ki, hadisə şəhərin Abdulla Şur, 70 ünvanında qeydə alınıb.

Orada yaşayan 1939-cu il təvəllüdlü Rəna Nəbiyeva və onun bacısı 1960-cı il təvəllüdlü Zəhra Abdullayeva dəm qazından boğularaq ölüblər.

Məlumata görə, qonşu bacıların evinə gələrək onları çağırıb, lakin cavab almayıb. Onların evdə olduğuna əmin olan qonşu dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü müəyyənləşdirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm