Şəkidə DƏHŞƏTLİ QƏZA: "011" ikiyə bölündü, yük maşını aşdı - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Şəkidə DƏHŞƏTLİ QƏZA: "011" ikiyə bölündü, yük maşını aşdı - - FOTO/VİDEO

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Şəkidə zəncirvari qəza olub.
Publika.az xəbər verir ki, Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 129-cu km-də Şəkinin Oraban kəndi yaxınlığında ağır avtomobil qəzası baş verib.
Qəza zamanı Sumqayıt şəhər sakini Ağayev Şahin Məhərrəm oğlunun idarə etdiyi Ford tranzit yük avtomobili ilə Şəki rayon sakini sakini idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub.
Qəza anında hərəkətdə olan daha bir minik avtomobilinə qismən ziyan dəyib. Qəzadan sonra "VAZ 21011" avtomobilinin hissələri ətrafa dağılıb. Avtomobil iki hisssəyə parçalanıb. Yük avtomobili isə aşaraq avtomobillərin intensiv hərkət etdiyi yolu bir müddət bağlıyıb.
Qəzada müxtəlif bədən xəsarətləri alan 3 nəfər Oğuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağır olaraq qalır.
Hadisənin dəqiq səbəbləri araşdırılır. (ARB Şəki)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm