Hadisə
25 yaşlı gənci həmkəndliləri bıçaqladılar
Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.
Publika.az APA-ya
istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd
kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan
oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq
yarası alıb. E.Paniyev Şirvan Şəhər Xəstəxanasına döş qəfəsinin
daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub
və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin
vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxsləri polisin saxladığı bildirilir.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA