• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Bakıda dəhşətli qətlin ÜSTÜ AÇILDI: qadının başına torba keçirib... - VİDEO (YENİLƏNDİ)

  • Hadisə
  • 1 Mart 2017 19:03
  • 1 778 Baxış
Bakıda dəhşətli qətlin ÜSTÜ AÇILDI: qadının başına torba keçirib... - VİDEO (YENİLƏNDİ)

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Publika.az-ın xəbərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib, istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Vəkilov Namiq Cəbrail oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

ARB TV xəbər verir ki, 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.

Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>