Hadisə
Bakıda dəhşətli hadisə: XƏSTƏNİN GÖZÜNÜ ÇIXARTDILAR
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan xəstələrdən birinin gözü çıxarılıb.
Bu haqda lent.az-a xəsarət almış xəstə 51 yaşlı Mürvət Səfərovun
qardaşı Allahverdi Səfərov şikayət edib.
Allahverdi Səfərov bildirib ki, qardaşı artıq neçə ildir
idarəolunmaz vəziyyətdə olduğundan ruhi dispanserdə müalicə alır.
Hadisə isə fevralın 26-da səhər saat 10.00 radələrində baş verib:
"Qardaşımın sol gözünə xəsarət yetirərək çıxarıblar. Hadisənin kim
tərəfindən törədildiyini dəqiq bilmirik. Bir müddət əvvəl isə
qabırğası sınmışdı".
A.Səfərov əlavə edib ki, qardaşı Zərifə Əliyeva adına Göz
Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda əməliyyat olunub:
"Xəstəxanadan çıxandan sonra güman ki, qardaşımı yenidən həmin
dispanserə qaytarmalı olacağıq. Çünki evdə baxılası durumda deyil.
Amma artıq daha da narahatıq. Bu hadisə qardaşımın və digər
xəstələrin tam təhlükəsiz şəraitdə olduqlarını şübhə altına
alır".
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini öyrənmək
üçün Maştağa 1 saylı Ruhi Əsəb Dispanseri ilə əlaqə saxladıq.
Dispanserin baş həkim müavini Sevinc Cəmilqızı ailem.az-a bildirib
ki, hadisə M.Səfərovun otaq yoldaşı tərəfindən törədilib: "Bazar
günü M.Səfərovun otaq yoldaşı psixi durumu ilə əlaqədar ona əl
qaldırıb. Əl qaldırarkən xəstə göz nahiyəsindən xəsarət alıb.
M.Səfərova köməklik göstərilib, lazımi tədbirlər görülüb. Xəstə
Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda
gözündən cərrahi əməliyyat olunub. Həkimlə də əlaqə saxlamışam və
bildirilib ki, xəstənin görməsi bərpa olunub, durumu qənaətbəxşdir.
Vəziyyəti yaxşı olduqdan sonra yenidən mərkəzimizə
gətirəcəyik".
Baş həkimin müavini deyib ki, hadisə ilə bağlı akt da tərtib olunub
və aktda qeyd edilib ki, bu fəsad xəstələr arasında münaqişə olan
zaman yaranıb: "Hadisə xəstə oyanıq vəziyyətdə ikən bir saniyənin
içində olub. Xəsarət yetirən xəstə oyanıq durumda olub. Oyanıq
durumda olan xəstəni heç 10 nəfər belə saxlaya bilmir. Hərdən elə
olur ki, verdiyimiz dərmanlar xəstəyə təsir etmir. Həmin vaxt
xəstənin əynində xüsusi geyimi də olmayıb. Elə onu geyindirərkən
anidən o biri xəstəyə yumruq atıb. Şikayət edən hər bir valideyn
buranın ruhi dispanser olduğunu və xəstələrin durumunu da nəzərə
almalıdır. Heç bir həkim istəməz ki, xəstəsinə nəsə olsun".
S.Cəmilqızı qeyd edib ki, 1 saylı Ruhi Əsəb Dispanserində hazırda 2
min 242 xəstə qeydiyyatdadır. Xəstələrin vəziyyətindən asılı olaraq
bir otaqda 1, 2, yaxud 7-8 nəfər birlikdə saxlanılır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...