Tovuzda 39 yaşlı kişinin boğazı kəsildi
Bizi izləyin

Hadisə

Tovuzda 39 yaşlı kişinin boğazı kəsildi

Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Tovuz rayonunda 39 yaşlı yerli sakinin boğazı kəsilib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında mərkəzi bazarın yanında baş verib.

Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu hələki bilinməyən səbəblərdən boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm