Bakıda 5 uşaq dərmandan zəhərləndi - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda 5 uşaq dərmandan zəhərləndi - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Digər 3 nəfər isə xəstəxanada müalicə alacaqlar.

Ötən gün zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən uşaqlarından ikisi bu gün evə buraxılacaq, digər 3 nəfər isə xəstəxanada müalicə alacaqlar.

Bunu Publika.az-a açıqlamasında Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

O bildirib ki, zəhərlənmə ilə müraciət edən uşaqlar müxtəlif ailələrdəndir və müxtəlif ünvanların sakinləridir: “Onlardan ikisi- Toğrul Xəlilli və Şahin Səfərov sirkə turşusundan, Allahverdi Zeynalov və Zeynəb Əliyeva qıcolmaya qarşı olaraq qəbul edilən dərmandan, Həsən Rəhmanlı isə burun damcısından zəhərlənib. Sirkə turşusundan zəhərlənmə valideyn diqqətsizliyindən baş verib. Bu proses böyüklərdə böyük fəsadlar törətməsə də, uşaqlarda boğulmalara səbəb olduğundan diqqət çəkir. Onlar da bu əlamətlərlə xəstəxanaya yerləşdiriliblər. Dərmanlardan zəhərlənmə isə doza həddini aşılması nəticəsində baş verib. Bu gün sirkə turşusundan zəhərlənən iki uşaq və burun damcısından zəhərlənən Həsən Rəhmanlı evə bvuraxılacaq. Digər iki uşaq isə hələ ki xəstəxanada qalmalıdır”.

***

Bakıda beş azyaşlı dərmandan zəhərlənib.

Publika.az apa-ya istinadən xəbər verir ki, ötən gün paytaxt sakinləri – 3 yaşlı Həsən Rəhmalı, 2 yaşlı Zeynəb Əliyeva, 6 yaşlı Toğrul Xəlilli, 7 yaşlı Allahverdi Zeynalov və 3 yaşlı Şahin Səfərov dərman və məhlul zəhərlənmələri ilə toksikologiya şöbəsinə yerləşdiriliblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm