Göyçayda intihara cəhd
Bizi izləyin

Hadisə

Göyçayda intihara cəhd

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanova Xalidə Xalid qızı yaşadığı evdə dərmandan zəhərləndiyi üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Araşdırma zamanı məlum olub ki, 26 yaşlı Xalidə Süleymanova 40 tablet əsəb sakitləşdirici dərmanı udaraq intihara cəhd edib. Üç uşaq anası X.Süleymanovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm