Qəbiristanlıqda əl qumbarası tapıldı - - FOTO
Bizi izləyin

Hadisə

Qəbiristanlıqda əl qumbarası tapıldı - - FOTO

Tərtər şəhər qəbiristanlığına baxış keçirilib.

Tərtər şəhər qəbiristanlığına baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 mart 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 122 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 971 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 876 038 kv.m ərazi (427 096 kv.m ərazi əl ilə, 207 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm