Göygöldə ölümlə nəticələnən qəza
Bizi izləyin

Hadisə

Göygöldə ölümlə nəticələnən qəza

Ölənin kimliyi məlum deyil.

Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Haqverdiyev Bəylər Fərman oğludur.

Qeyd edək ki, piyadanı vurmuş “Toyota Prado”-nun sürücüsü və sərnişinləri ilə həkimlər arasında xəstəxanada insident baş verib.

Münaqişə zamanı həkimlərə qarşı zor tətbiq edilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm