Zaqatalada çörək sexi yandı
Bizi izləyin

Hadisə

Zaqatalada çörək sexi yandı

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada çörək istehsalı sexində yanğın olub.

Publika.az xəbər verir ki, bu gün saat 04:10 radələrində rayonun Yuxarı Tala kəndində fəaliyyət göstərən, kənd sakini Abdulla Şaban oğlu Rəcəbova məxsus, ümumi sahəsi 60 kv/m olan çörək istehsalı sexində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində çörək istehsalı sexinin tavanından 2 kv/m sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm