Xəzərdə tapılan meyitin itkin düşmüş neftçilərdən biri olduğu müəyyənləşdi
Bizi izləyin

Hadisə

Xəzərdə tapılan meyitin itkin düşmüş neftçilərdən biri olduğu müəyyənləşdi

Ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb. Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçilərdən biri olduğu müəyyənləşib

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Publika.az-a verilən xəbərə görə, meyit üzərində ilkin müayinə bitib, hazırda genetik müayinə aparılır. Ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb.

Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən biri – operator Cavid Bəhramov olduğu bildirilir.

Qeyd edək ki, martın 4-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm