ŞOK: Azərbaycanda 16 qız modelliklə məşğul olduğu üçün HƏBS EDİLDİ
Bizi izləyin

Hadisə

ŞOK: Azərbaycanda 16 qız modelliklə məşğul olduğu üçün HƏBS EDİLDİ

Modellik fəaliyyəti ilə məşğul olmaqda günahlandırılan 16 nəfərin tutuldu.

Şərqi Azərbaycan Polis İdarəsinin İnformasiya Mübadiləsi üzrə rəisi modellik fəaliyyəti ilə məşğul olmaqda günahlandırılan 16 nəfərin tutulduğunu bildirib.

Publika.az GünAz TV-yə istinadən xəbər verir ki,bu barədə polkovnik Möhsün Mahmudi martın 6-da jurnalistlərə məlumat verib.

“Şərqi Azərbaycan Vilayəti internetdə qanun pozuntularına görə ölkə üzrə ilk 5 bölgədən biridir. Bu sahədə qanun pozuntularının sayı ötən illə müqayisədə 37 faiz artıb”- deyə o bildirib.

170 sosial şəbəkənin fəaliyyət göstərdiyini bildirən polis rəisi ən çox qanun pozuntularına Teleqram və İnstaqram şəbəkələrində rast gəlindiyini diqqətə çatdırıb.

“İranda ən çox Teleqram sosial şəbəkəsindən istifadə olunur, bir çoxları İnsraqram və Teleqram şəbəkələrindən sui-istifadə edərək qanuna zidd hərəkətlərə yol verir”,- deyə o vurğulayıb.

M.Mahmudi son günlərdə Şərqi Azərbaycanda modellik fəaliyyəti ilə məşğul olan 16 nəfərdən ibarət 3 qrupun yaxalandığını da diqqətə çatdırıb. O, tutulanlar barəsində əlavə məlumat verməyib.

Qeyd edək ki, İran rejimi modellik fəaliyyətini qərb mədəniyyəti ilə əlaqələndirir, bu səbəbdən ölkədə bir çox insan həmin ittihamla təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm