Bakının mərkəzində kran aşdı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakının mərkəzində kran aşdı - FOTO - (YENİLƏNDİ)

Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, hal-hazırda həmin ərazidədir.

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən təmirə bağlanıb:

"Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". (BAKU.WS)

***

Bakının mərkəzində qaldırıcı kran aşıb.

Hadisə Mərkəzi Neftçilər Xəstəxanasından 28 May küçəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, kran 28 May küçəsi istiqamətinə gedən yolun üstündəki körpünün üstünə aşıb. Hazırda yolda nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Əraziyə aidiyyəti qurumlar cəlb olunub.

Qeyd edək ki, həmin ərazidə yerləşən körpü uçma təhlükəsi ilə üzləşib. Bir müddət öncə yolda qəza baş verib. Yük avtomobili körpüyə çırpılmışdı, nəticədə körpüdə iri çat əmələ gəlmişdi. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm