Samur-Abşeron su kanalında meyit tapıldı
Bizi izləyin

Hadisə

Samur-Abşeron su kanalında meyit tapıldı

Naməlum cəsəd sudan çıxarılıb.

Samur-Abşeron su kanalında meyit tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin “Şimal” dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:04-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm