• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

5 tələbənin ölümünə səbəb olan avtobusun görüntüləri - VİDEO/FOTO (YENİLƏNİR)

  • Hadisə
  • 9 Mart 2017 12:15
  • 11 383 Baxış
5 tələbənin ölümünə səbəb olan avtobusun görüntüləri - VİDEO/FOTO

Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

Hadisə nəticəsində xəsarət alan 17 nəfər - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişənlər isə bunlardır:

- Quliyeva Çinarə Azər qızı (1996-cı il),

- Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il),

- Muradova Roza Eynulla qızı (1997-ci il),

- Quliyev İbrahim Vuqar oğlu (1996-cı il),

- Caniyev Rəşad Füzüli oğludur(1997-cı il) .

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir. (apa)

***

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. (report)

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanların bəzilərinə yardım göstərilərək evə buraxılıb: “Hadisə yerində 3 nəfər dünyasını dəyişib. Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4-ü isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 1 nəfər Kliniki Tibbi Mərkəzə gətirilən kimi, 1 nəfər isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında iki nəfərə yardım göstərilib, evə buraxılıb. Kliniki Tibbi Mərkəzdəki yaralılardan 2-nin vəziyyəti ağırdır”.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

****

Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub.

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

(Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad)

(Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad)

Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində daha iki nəfər - 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu Sumqayıt şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

***

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Publika.az-a verilən məlumata görə, hazırda onlara ilkin yardım göstərilir.

Onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.

***

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, hadisə nəticəsində ölənlər 3-cü kurs tələbələridir:

(Qəzada dünyasını dəyişən tələbə 1996-cı il təvəllüdlü İbrahim Nəsibov)

“Fizika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibovdur. Yaralıların bəziləri Bakıya, bəziləri isə Sumqayıtda xəstəxanya yerləşdirilib. Onların ad, soyadlarını dəqiqləşdiririk. Amma hadisə zamanı avtobusda olan tələbələrdən heç bir xəsarət almayanlar da var ki, onlar hazırda universitetdədirlər”.

Mətbuat xidmətindən o da bildirilib ki, avtobusdakı sərnişinlərin hamısı universitet tələbələri olsa da, avtobus universitetin servis xidməti deyil:

“Həmin avtobus Bakı-Sumqayıt istiqamətində hərəkət edən marşturlardan biridir. Sadəcə tələbələrimiz əvvəldən həmin avtobus sürücüsü ilə razılaşıb. Tələbələr eyni vaxtda dərsə gəldiyinə görə avtobusdakıların hamısı tələbələrimiz olub”.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb:

“Təcili yardım hadisə yerinə çatana qədər 3 nəfər həyatını itirib. 5 nəfər isə 1 saylı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağırdır”

***

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

***

Publika.az-ın hadisə yerinə olan müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin İbrahim Quliyev, soyadı hələlik məlum olmayan İbrahim adlı iki tələbəsi həyatını itirib. 5 nəfərin isə xəsarət aldığı bildirilir.

***

Trend-in hadisə yerində olan müxbirini verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, yaralılar var.. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb.

***

BakiPost.az xəbər verir ki, Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Məlumata görə, hadisə nəticəsində bir-neçə sərnişin həyatını itirib, xeyli yaralı var.

Hadisə şahidlərinin göndərdiyi videonu təqdim edirik:

***

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib.

Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib. (apa)

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>