Cəlilabadda dəhşətli intihar: özünü odlu silahla vurdu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Cəlilabadda dəhşətli intihar: özünü odlu silahla vurdu - (YENİLƏNDİ)

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Kənd sakinlərinin bildirdiyinə görə, T.Quliyevin bir qıçı əvvəllər xəstəliklə əlaqədar amputasiya olunubmuş, yaxın günlərdə isə digər qıçının da kəsiləcəyi gözlənilirmiş.

Hələlik ilkin versiya kimi intiharın bu səbədən baş verdiyi ehtimal olunur. (virtualaz.org)

***

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Hazar oğlu Quliyev yaşadığı evdə tapança ilə özünü vuraraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm