Hadisə
Tələbələrin öldüyü qəzanın ŞOK TƏFƏRRÜATI - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda ağır
yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin
mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 19-u isə
yaralanıb.
Yaralıların bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına
gətirilib.
Dəhşətli qəzadan sağ çıxan tələbə Seymur Əmirov hadisənin
təfərrüatlarını açıqlayıb.
“Hadisə Masazır körpüsünün üstündə baş verdi. Körpünün üstündə
“ZİL” markalı yük maşını dayanmışdı. Sürücü “ZİL”-in dayandığı yerə
iki daş qoymuşdu. Biz Sumqayıt istiqamətində hərəkətdə olarkən
anidən sürücü mikroavtobusu sağa çəkdi. Bizim sürücümüz deyəsən
daşları görmədi və “Ford” həmin yük maşınına dəydi. Bundan sonra
demək olar ki, mikroavtobusun sağ tərəfi sıradan çıxdı. “Ford”un
sağ tərəfində oturan tələbələr yola səpələndilər. Hadisə anidən baş
verdi. Biz nə baş verdiyini bilmirdik. “Ford” dəmir maneyədə
dəyəndən sonra dayandı. Biz aşağı düşüb, yaralıları “Ford”dan
çıxarırdıq. Sağ qaldığımıza inana bilmirdik. Şüşələri sındırdıq,
yaralıları çıxarıb maşına mindirdik. Mikroavtobusda 25-dən çox
tələbə var idi. Tələbələrin çoxu rayon uşaqlarıdır”, - deyə qəzanın
şahid bildirib.
Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin
Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri
Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il
təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü
Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə
Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürürü saxlanılıb.
(Azvision.az)
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ