Qəzada ölən İbrahimin SON SÖZLƏRİ: "Ata, bayrama evdəyəm..." - - VİDEO
Bizi izləyin

Hadisə

Qəzada ölən İbrahimin SON SÖZLƏRİ: "Ata, bayrama evdəyəm..." - - VİDEO

"Bu elə bir dəhşətdir ki, bu bəlanı ömür boyu unutmarıq”.

Bu gün Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri – Sumqayıt Universitetinin tələbəsi İbrahim Nəsibovun cənazəsi bu dəqiqələrdə doğulduğu Cəlilabad rayonuna aparılır.

Publika.az xəbər verir ki, Yeniçağ.az mərhumun qardaşı ilə əlaqə saxlayıb, O, şok keçirtdiyi üçün danışa bilmədiyini deyərək, telefonu bibisinə verib.

Göz yaşları içərisində İbrahim haqqında danışan bibisi dünən axşam onunla son dəfə görüşdüyünü deyib:

“1997-ci ildə doğulmuşdu. Qardaşımın belini bükdü, İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-nü, axır çərşənbəni sizinlə keçirəcəm, bayramı isə atamın yanında, rayonda olacam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.

Bibisinin dediyinə görə, İbrahimin ölüm xəbərini atasına telefonundan götürülən nömrə vasitəsiylə çatdırıblar:

“İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atısını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirdib. İndi biz onu maşınla rayona dəfn etməyə aparırıq. Bu elə bir dəhşətdir ki, bu bəlanı ömür boyu unutmarıq”.

Dəfn mərasimi sabah Cəlilabadda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm