Göygöldə qətl törədən 80 yaşlı qadın saxlanıldı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Göygöldə qətl törədən 80 yaşlı qadın saxlanıldı (YENİLƏNDİ)

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb.

Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb.

Saxlanılan Mərquş Bayramova Şiraslan Atakişiyevi söyüş söydüyü üçün qətlə yetirdiyini deyib.

Mərhumun qardaşı Rizvan Atakişiyev APA-ya deyib ki, qardaşı Bakıda qalırmış. Dünən Bakıdan rayona gəlib: “Heç anamgillə görüşməyib. Gecə Mərquş Bayramova anamın evinə gedərək, Şiraslanı öldürdüyünü deyib. Mən buna şübhə ilə yanaşıram, o yaşlı qadının qardaşıma gücü çatmazdı. Ümid edirik ki, bu məqam xüsusi araşdırılacaq”.

R. Atakişyevin sözlərinə görə, hadisədən sonra Mərquş Bayramovanın yaxınları onların evinə basqın edərək, pəncərələri sındırıblar.

***

Göygöldə qohumunu öldürən qadının kimliyi məlum olub.

Hadisəni 80 yaşlı Mərquş Bayramıvanın törətdiyi bildirilir. Hazırda Murovdağ qəsəbəsində yaşayan M. Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Hadisə şəxsi münaqişə zəminində törədilib.

Araşdırmalar davam edir.

***

Göygöldə qətl hadisəsi törədilib.

Rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata əsasən, Ş. Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm