Daxili orqanından narkotik vasitə çıxdı
Bizi izləyin

Hadisə

Daxili orqanından narkotik vasitə çıxdı

Faktla bağlı araşdırma aparılır.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında 3 ədəd bükümdə xalis çəkisi 300,988 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm