Bakı-Sumqayıt yolunda növbəti qəza - YOL BAĞLANDI - - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakı-Sumqayıt yolunda növbəti qəza - YOL BAĞLANDI - - FOTOLAR

Əraziyə yol polisi əməkdaşları cəlb edilib.

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza bu gün saat 18:20 radələrində baş verib.

Yolun 3-cü kilometrliyində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən "Mercedes ML" markalı "90 OA 998" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "90 FA 731" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşub, daha sonra yolun kənarında dayanan piyadanı vuraraq yoldan çıxıb və maneəyə çırpılıb. Piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yol qəzası nəticəsində Bakı-Sumqayıt yolunun Bakıya tərəf hərəkət istiqaməti bağlanıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Hazırda yol polisi avtomobillərin hərəkətini bərpa etməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm