Lənkəranda avtomobil yandı
Bizi izləyin

Hadisə

Lənkəranda avtomobil yandı

BMW markalı avtomaşın qəfil alışıb.

Lənkəran şəhərində avtomaşın yanıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Əliağa Vahid küçəsi, 80 ünvanında baş verib.

1980-ci il təvəllüdlü Behbudov Ramil Famil oğluna məxsus BMW markalı avtomaşın qəfil alışıb. Tez bir zamanda alov avtomaşının salon hissəsinə yayılıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın lokallaşdırılıb və alovun ətrafa yayılmasının qarşısı alınıb. Yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Aparılacaq ekspertizanın rəyi əsasında yanğının dəqiq səbəbi müəyyən olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm