Ağstafada 39 yaşlı kişi bıçaqlandı
Bizi izləyin

Hadisə

Ağstafada 39 yaşlı kişi bıçaqlandı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Köçəsgər kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu şəxsiyyəti hələlik müəyyənləşdirilməyən şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı həkimlər tərəfindən əməliyyat edilib. Xəstəxanadan verilən məlumata görə, A. Əliyevin vəziyyəti orta ağırdır.

Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, A. Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Hazırda hadisənin başvermə səbəbləri və hadisəni törətmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm