Qadın əmisi oğlunu bıçaqladı
Bizi izləyin

Hadisə

Qadın əmisi oğlunu bıçaqladı

Faktla bağlı cinayət işi başlanıb. 

Ağstafa rayonunda bıçaqlanma baş verib.

Köçəsgər kənd sakini, 1978-ci il təvəllüdlü Ayaz Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Ayaz Əliyevi əmisi qızı, 1961-ci il təvəllüdlü Mahirə Əliyeva bıçaqlayıb. O, həbs edilib.

Ayaz Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb. (teleqraf/com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm