Şəmkirdə 20 yaşlı qonaq döyülərək xəstəxanalıq oldu - - FOTO
Bizi izləyin

Hadisə

Şəmkirdə 20 yaşlı qonaq döyülərək xəstəxanalıq oldu - - FOTO

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Şəmkirdə gənc döyüldüyü üçün xəstəxanalıq olub.
Publika.az xəbər verir ki, rayonun Tatar kənd sakini 20 yaşlı Eşqin Qədimov qonaq getdiyi Gədəbəy rayonunun Qoşabulaq kəndində mübahisə zəminində döyülərək ağır xəsarət alıb.
Zərərçəkən yaxınlarının köməyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Eşqin Qədimovun nə səbəbdən döyüldüyü aparılan araşdırmalardan sonra məlum olacaq.
Fərman Qədimov - Zərərçəkənin atası: "Qonşunun oğlu ilə Gədəbəyin Qoşabulaq kəndinə mağazaya gediblər. Mağazadan çıxan zaman yanındakı yoldaşını orada olan 3 nəfər döyməyə başlayıb. Bu zaman oğlum köməyə gedərkən onu da döyüblər".
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (ARB Kəpəz)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm