Hadisə
Tovuzda Türkiyə vətəndaşını maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR
Tovuz rayonunda Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Əyyublu kəndindən keçən hissəsində baş verib.
1991-ci il təvəllüdlü Türkiyə vətəndaşı Koluklar Məhəmmədəli Əhməd idarə etdiyi "TIR" markalı yük avtomobilini yolun kənarında saxlayaraq yaxınlıqdakı mağazaya getmək istəyib. Lakin o, yolu keçərkən sürücüsü hələlik məlum olmayan avtomobil tərəfindən vurulub.
Yaralı yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyat edilən Koluklar Məhəmmədəli Əhmədin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...