Hadisə
Bakıda silahlı dəstə dünya çempionuna hücum etdi: 4 yaralı
Martın 19-da saat 21:40-da bir qrup qocu dəstəsi "Marafon" idman klubuna hücum edib.
Məlumata görə, 17 nəfərdən ibarət silahlı şəxs həmin vaxt "Marafon" idman klubunda öz qrupu ilə məşq keçən qaydasız döyüş üzrə dünya çempionu Əli Nəcəfi və onun tələbələrinə hücum ediblər.
Hücum nəticəsində zalda məşq edən 4 nəfərin ağır xəsarətlər aldığı, 10 yaşlı uşağın döyüldüyü, bir nəfərin isə qolunun kəsildiyi və çənə sümüyünün qırıldığı bildirilir.
İdman klubuna hücum edən şəxslərin “TT Fight” idman klubundan gəldikləri qeyd olunur. Məlumata görə, dünya çempionu və onun tələbələrinə hücum çəkən qoçu dəstəsinə “TT Fight”-də çalışan Ziyadxan adlı şəxs başçılıq edib.
Hadisəylə bağlı Binəqədi rayon Polis iİdarəsində cinayət işi açılıb və idman klubuna hücum edən şəxslərdən 4-ü həbs olunub.
Avropa.info
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom