Evdə partlayış: 3 nəfər yandı - Azərbaycanda
Bizi izləyin

Hadisə

Evdə partlayış: 3 nəfər yandı - Azərbaycanda

Zərdabda evdə partlayış baş verib.

Zərdabda evdə partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 20-də saat 20 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm