Mağazadan saxta pullarla alış-veriş edən şəxslər ələ keçdilər
Bizi izləyin

Hadisə

Mağazadan saxta pullarla alış-veriş edən şəxslər ələ keçdilər

Gəncə sakinlərindən saxta əskinaslar götürülüb.

Gəncə sakinlərindən saxta əskinaslar götürülüb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan ƏləkbərovCəlil Allahyarov sərinləşdirici içki alıb, ödəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından, R.Ələkbərov və C.Allahyarov həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar.

Onlardan 9 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm